» » ANS-də vitse-prezidentlə xanım jurnalist əlbəyaxa oldu: "Burnundan gəlsin verdiyim pullar"

ANS-də vitse-prezidentlə xanım jurnalist əlbəyaxa oldu: "Burnundan gəlsin verdiyim pullar"

ANS-də vitse-prezidentlə xanım jurnalist əlbəyaxa oldu: "Burnundan gəlsin verdiyim pullar"

ANS-in aparıcısı Ləman Ələşrəfqızı işdən çıxarılıb.
Ucarliyiq.biz xəbər verir ki, L.Ələşrəfqızı şirkətdə baş verənlər haqqında açıq yazmasa da, criminal.az-a xanım jurnalistin ANS-i tərk etməsinin səbəbi ilə bağlı maraqlı məlumat daxil olub.

Məlumatda bildirilir ki, dünən L.Ələşrəfqızı ilə S.Mustafayev arasılnda xoşagəlməz anlar yaşanıb. Bakı Film kinostudiyası üçün filmlə bağlı Ləman Ələşrəfqızı çəkiliş edib. Bir neçə nəfərdən müsahibə almalı olduğu halda tək müsahiblə kifayətlənib. Bu isə S.Mustafayevin qəzəbinə səbəb olub. 'Sən saçkavatlıq edirsən, havayı yeyənsən, burnundan gəlsin sənə verdiyim pullar' deməsi L.Ələşrəfqızını özündən çıxarıb.

Məlumata görə, onlar bir-birinə əl-qol da atıb. Dava o həddə çatıb ki, hətta polis çağırmaq istəyiblər. Lakin sonda şirkətin mühafizəçiləri aranı sakitləşdirə bilib.

Baş verənlərlə bağlı nə şirkətin, nə də jurnalistin mövqeyini öyrənmək mümkün olmayıb.

Qeyd edək ki, son günlər Tünzalə Rafiqqızı, L.Ələşrəfqızı, Natiq Nailəoğlu, Kəmalə Əlisgəndərqızı ANS-i tərk edib.