» » Ştaynmayer Cənubi Qafqaza səfər edəcək

Ştaynmayer Cənubi Qafqaza səfər edəcək

Ştaynmayer Cənubi Qafqaza səfər edəcək

Tərəflər səfəri ölkələr arasında yüksək səviyyədə münasibətlərin təsdiqi kimi qiymətləndiriblər.

ATƏT-in hazırkı sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer iyulun əvvəlində Gürcüstana səfər edəcək. 

Ucarliyiq.biz “Qruziya online”a istinadən xəbər verir ki, bu barədə gürcü hökumətinin administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, səfərin detalları F.V.Ştanmayerin gürcü baş naziri Georgi Kvirikaşvili ilə Berlindəki görüşündə müzakirə edilib.

Tərəflər qarşıdan gələn səfəri ölkələr arasında yüksək səviyyədə münasibətlərin təsdiqi kimi qiymətləndiriblər. 

Daha öncə ATƏT-in hazırkı sədri Frank-Valter Ştaynmayerin ilin ortasında Cənubi Qafqazın üç ölkəsinə - Azərbaycan, Ermənistan və Gürcüstana səfər etməsinə dair məlumat yayılmışdı.