» » Putin: ABŞ dünyanın ən güclü dövlətidir

Putin: ABŞ dünyanın ən güclü dövlətidir

Putin: ABŞ dünyanın ən güclü dövlətidir

По его мнению российского лидера, миру сегодня «нужна такая мощная страна, как США».

Rusiya prezidenti Vladimir Putin ABŞ-ı dünyada ən güclü dövlət hesab edir.

ucarliyiq.biz - in Lent.ru-ya istinadən məlumatına görə, V.Putin bu barədə iyunun 17-də Sank-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı deyib.

“Hesab edirəm ki, ABŞ bu gün ən güclü dövlətdir. Biz bunu qəbul edirik”, - deyə o, söyləyib.
 
Rusiya prezidenti qeyd edib ki, Moskva Vaşinqtonla işləməyə hazırdır: 

“Dünyaya, o cümlədən bizə, ABŞ kimi güclü dövlət lazımdır. Lakin biz istəmirik ki, onlar daim bizim işimizə qarışsınlar, necə yaşamaqla bağlı bizə göstəriş versinlər, Avropanın bizimlə münasibət qurmasına mane olsunlar”.