» » Ər arvadı ilə dalaşdı - Evi yandırdı + Fotolar

Ər arvadı ilə dalaşdı - Evi yandırdı + Fotolar

Ər arvadı ilə dalaşdı - Evi yandırdı + Fotolar

Ucar sakini yaşadığı evi yandırıb.
Hadisə bu gün Ucar rayonunun Qazyan kəndində qeydə alınıb. Kənd sakini 1979-cu il təvəllüdlü Yaşar Məcid oğlu Qafarova məxsus 2 mərtəbəli evdə güclü yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 160 kvadratmetr olan ev, əşyaları ilə birlikdə yanaraq külə dönüb.

Yanğınsöndürənlərin səyi nəticəsində yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. İlkin məlumata görə, yanğını içkili vəziyyətdə olan ev sahibi Y. Qafarov həyat yoldaşı ilə mübahisə etdikdən sonra yandırıb. Yaxınları bildirib ki, içki aludəçisi olan Y. Qafarov son günlər evdə tez-tez dava-dalaş salır və bu barədə hətta Ucar rayon Polis Şöbəsinə də məlumat verilib. Lakin onun barəsində heç bir tədbir görülməyib. Hadisənin dəqiq baş vermə səbəbi aparılan araşdırmalardan sonra məlum olacaq.(APA)

Ər arvadı ilə dalaşdı - Evi yandırdı + Fotolar
Ər arvadı ilə dalaşdı - Evi yandırdı + Fotolar