» » "Mən onu sevirdim, qaynanamın zülmlərinə görə belə alındı" - Şəhidin həyat yoldaşı

"Mən onu sevirdim, qaynanamın zülmlərinə görə belə alındı" - Şəhidin həyat yoldaşı

"Mən onu sevirdim, qaynanamın zülmlərinə görə belə alındı" - Şəhidin həyat yoldaşı

"Cənazə mərasiminə qatılmaq istədim, amma ailəsi icazə vermədi"
Türkiyədə şəhid olan Sabri Acem üçün dövlət tərəfindən ayrılan 96 min lirəni (50 min manat) özünə götürən əsgərdən boşanmaq üzərə olan həyat yoldaşı Ayşegül Acem mətbuata açıqlama verib. O, bildirib ki, şəhidin ailəsinin dedikləri yalandır: "Mən Sabridən boşanmaq ərəfəsində olarkən o şəhid oldu. Cənazə mərasiminə qatılmaq istədim. Lakin ailəsi icazə vermədi. Vəziyyətim pisləşdi. 2 gün xəstəxanada oldum. 6 gün çəkən bir əməliyyata girdim. Yazılanların çoxu yalandır. Gecə 02:30-da əsgərlər gəldi və yoldaşınız şəhid olub dedilər. Mən vəziyyəti əsgərlərə başa saldım. Boşanma ərəfəsində olduğumu onlara dedim. Onlar mənə bildirdilər ki, siz boşanma ərəfəsində olsanız belə o qanunla hal-hazırda sizin ərinizdir və buna görə də bütün haqqlara sahibsiniz. Onlar mənə haqqlarımdan danışdılar. Mən o zaman kaş şəhid olmasaydı və onun haqqlarından yararlana bilməsəydim dedim. Kim istəyər ki, həyat yoldaşı şəhid olsun və ya ondan ayrılsın. Əsgərlər mənə bildirdilər ki, ailəsi sizin mərasimə qatılmanızı istəmirlər. Amma mən mərasimə getdim. Sadəcə vəziyyətim anidən pisləşdi və məni xəstəxanaya apardılar."

Boşanma ərəfəsində olan Ayşegül ərini sevdiyini və ondan ayrılmaq istəmədiyini, lakin qaynanası üzündən bunların başlarına gəldiyini deyib: "Qaynanamın zülümləri, basqılarına görə hər şey belə alındı. Mən onu sevirdim. Mən pula düşkün biri deyiləm. Qanunla hələ ki, onun həyat yoldaşı sayılıram. Ona görə də pulu götürmüşəm."

Qeyd edək ki, PKK terrorçularına qarşı keçirilən əməliyyatlarda şəhid olmuş Türk əsgəri Sabri Acem üçün Türkiyə hökuməti 96 min lirə pul ayırıb (50 min manat). Lakin şəhidə ayrılmış pul əsgərdən boşanmaq üzərə olan həyat yoldaşı Ayşəgülə verilib.

Boşanma ərəfəsində olan Ayşəgül Acem, şəhidə ayrılmış pulu götürüb.

Ayşegülün bu addımı bir çox insan tərəfindən narazılıqla qarşılanıb.

Boşanma ərəfəsində olan əsgər, PKK ilə əməliyyata girməzdən əvən öz mirasının ata, ana və qardaşlarına çatmasını bildirən bəyannaməni imzalasa da, dövlət tərəfindən ayrılan pul, məhkəmə tərəfindən Ayşəgülə verilib.

Ədalətin bərpa olunmasını istəyən şəhid atası Erkan Acem, qadının onun soyadını daşımasını istəmədiyini və şəhid pulunu ona halal etmədiyini deyib.

Şəhid anası Seval Acem isə cənazə mərasiminə belə qatılmayan gəlinindən daşınıb və onu Allaha həvalə etdiyini deyib.(bizimyol.info)