» » Putin: Moskva ABŞ-ın yeni böyük radiuslu raketi nə zaman əldə edəcəyini bilir

Putin: Moskva ABŞ-ın yeni böyük radiuslu raketi nə zaman əldə edəcəyini bilir

Putin: Moskva ABŞ-ın yeni böyük radiuslu raketi nə zaman əldə edəcəyini bilir

“Belə olan halda dünya gələcəkdə tamamilə yeni ölçülərə daxil olacaq”.

Rusiya ABŞ-ın hansı ildə böyük radiuslu yeni raket əldə edəcəyini və bunun Moskvanın nüvə potensialı üçün təhlükə yaradacağını bilir.

Ucarliyiq.biz Report-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

“Biz, hətta amerikalıların yeni raketi təqribən hansı ildə əldə edəcəklərini də bilirik, hansı ki, vurma məsafəsi 500 km. deyil, 1000 km, ondan sonra isə daha çox olacaq və həmin məqamdan isə onlar bizim nüvə potensialımızı hədələməyə başlayacaqlar. Biz nəyin baş verəcəyini ili ilə bilirik. Onlar da bizim bunu bildiyimizi bilirlər”, - Putin beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, belə olan halda dünya gələcəkdə tamamilə yeni ölçülərə daxil olacaq.

“Problem məhz bundadır. Özlərini elə aparırlar ki, sanki heçə nə baş vermir. Mən də artıq necə eşitdirəcəyimi bilmirəm”, - Rusiya prezidenti vurğulayıb.