» » "Eldar Mahmudov çirkin sifarişləri yerinə yetirəndə artıq ölmüşdü"

"Eldar Mahmudov çirkin sifarişləri yerinə yetirəndə artıq ölmüşdü"

"Eldar Mahmudov çirkin sifarişləri yerinə yetirəndə artıq ölmüşdü"

"Eldar Mahmudov indi ölməyib. O, bir xeyli xarici ölkələrin xüsusi xidmət orqanlarından tutmuş Azərbaycan hakimiyyətinədək hər kəsin çirkin sifarişlərini yerinə yetirəndə artıq ölmüşdü".

Ucarliyiq.biz modern.az-a istinadən xəbər verir ki, bu sözləri xüsusi xidmət orqanlarının sabiq işçisi, "Şərq-Qərb" araşdırmalar mərkəzinin rəhbəri Ərəstun Oruclu Eldar Mahmudovla bağlı qəsdən dövrüyəyə buraxılan xəbərə münasibət bildirərkən deyib.

Ə.Oruclusunun sözlərinə görə, qəsdən dövrüyəyə buraxılan xəbərin məqsədi o olur ki, çirkin əməllərin sifarişçiləri adətən bütün cinayətlərin icraçıların üzərində qapanmasında maraqlı olurlar.

"Sifarişçilər çox və güclü olduqda isə, təpədən-dırnağa qədər qana, çirkaba batmış icraçı ya ölür, ya da ölür. Bəzən "ölən" icraçılar da olur, amma bunun üçün OBXSS "intellekti" yetərli deyil".