» » Azərbaycanda bir ailənin 4 üzvü eyni gündə dəfn edildi - DƏHŞƏTLİ HADİSƏDƏN YENİ XƏBƏR

Azərbaycanda bir ailənin 4 üzvü eyni gündə dəfn edildi - DƏHŞƏTLİ HADİSƏDƏN YENİ XƏBƏR

Azərbaycanda bir ailənin 4 üzvü eyni gündə dəfn edildi - DƏHŞƏTLİ HADİSƏDƏN YENİ XƏBƏR

İyunun 17-nə keçən gecə Şəmkirdə baş vermiş dəhşətli yol qəzasında vəfat edən bir ailənin 4 üzvü bu gün dəfn edilib. Ucarliyiq.biz lent.az-a istinadən məlumatına görə, Bakı-Qazax magistralında "VAZ 2106" və "Mercedes" markalı iki avtomobilin toqquşması nəticəsində ölən 1958-ci il təvəllüdlü İntizam Həsənov, onun həyat yoldaşı, 1960-cı il təvəllüdlü Rəna Həsənova və gəlini 1983-cü il təvəllüdlü Aynur Həsənova Yeni Həyat kəndinin məzarlığında yanaşı, R.Həsənovanın qızı 1980-ci il təvəllüdlü Xanım Bayramova isə Gəncədə dəfn edilib.

Bildirilir ki, ailə üzvləri Gəncə hava limanı yaxınlığında özlərinə məxsus soğan sahəsində alaq təmizləməkdən gəlirmiş.

Hadisə zamanı ailənin daha 3 üzvü də yaralanıb ki, bunlar dünyasını dəyişən İ. Həsənovun oğlu 1981-ci il təvəllüdlü Ramin Həsənov, 2008-ci il təvəllüdlü Röyal Ramin oğlu Həsənov, 1996-cı il təvəllüdlü Vahid Bayramovdur. Həmçinin "Mercedes"in sürücüsü 1981-ci il təvəllüdlü İntiqam Muxtarov da yaralanıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.