» » Şəmkirdə iki qardaş bıçaqlandı - biri öldü-DİQQƏT

Şəmkirdə iki qardaş bıçaqlandı - biri öldü-DİQQƏT

Şəmkirdə iki qardaş bıçaqlandı - biri öldü-DİQQƏT

Ucarliyiq.biz kəpəz tv-ə istinadən xəbər verir ki, qardaşlardan biri ölüb, digərinin isə vəziyyəıti ağırdır. Qanlı olayın sərxoşluq zəmnində baş verdiyi ehtimal olunur.

Hadisə ötən gün axşam saat 23:00 radələrində rayonun Kür qəsəbəsində baş verib. Qəsəbə sakini Sabit Əliyevlə Mahir və Zaur Abbasov qardaşları arasında yaranan mübahisə peşmançılıqla nəticələnib. Sabit Əliyev qardaşların hər ikisinə çox saylı bıçaq zərbələri endirib. Ağır yaralanan şəxslər xəstəxanaya aparılarkən qardaşlardan biri 42 yaşlı Mahir Abbasov yolda dünyasını dəyişib. Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılan 34 yaşlı Zaur Abbasov isə əməliyyat olunub, vəziyyətinin ağır olduğu bildirilir.

Murad Mahmudov Şəmkir Mərkəzi Rayon Xəstəxanasının həkimi Qarın boşluğunun ön divarına boşluğa keçən kəsilmiş deşilmiş diaqnozu ilə daxil olub. Xəstə təcili əməliyyata götürülüb. Əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olaraq qalır.

Qardaşlara çoxsaylı bıçaq zərbələri endirən Sabit Əliyev cinayəti törətdikdən sonra hadisə yerindən qaçaraq məsuliyyətdən yayınmağa cəhd göstərib. Şəmkir rayon polis şöbəsi əməkdaşlarının keçridikləri əməliyyat axtarış tədbirləri ntəicəsində Əliyev saxlanılaraq istintaqa təhvil verilib. İlkin məlumatlara görə cinayəti törədən Sabit Əliyev hadisə vaxtı sərxoş olub. Faktla bağlı Şəmkir rayon prokurorluğun cinayət işi başlanılıb, istintaq aparılır.