» » Ermənistanla İran arasında viza rejimi ləğv olunub

Ermənistanla İran arasında viza rejimi ləğv olunub

Ermənistanla İran arasında viza rejimi ləğv olunub

Rəsmi Yerevan və Tehran ikitərəfli əməkdaşlıq əlaqələrini genişləndirir.

Ermənistan parlamenti növbədənkənar sessiyasında İranla viza rejiminin ləğvinə dair razılaşmanı təsdiqləyib.

ucarliyiq.biz - in newsarmenia.am saytına istinadən xəbərinə görə, Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan bildirib ki, iki ölkə arasında viza rejiminin ləğvinə dair razılaşma cari ilin iyunun 5-də Tehranda imzalanıb.

Sənədə əsasən, Ermənistan və İran İslam Respublikasının vətəndaşları viza almadan bir ölkədən digərinə səfər edə və 90 gündən 180 günədək o biri ölkənin ərazisində qala biləcəklər.

Qeyd olunur ki, razılaşma ölkələr arasında gələcəkdə iqtisadi, ticarət və digər əlaqələrin “güclənməsi və tənzimlənməsinə” xidmət edəcək.