» » Şeyx: "Cavan qızdır, min oyundan çıxır"

Şeyx: "Cavan qızdır, min oyundan çıxır"

Şeyx: "Cavan qızdır, min oyundan çıxır"

Gənc aktrisa Mələk Heydərovanın "rejissorlar istədiyim məbləği versələr, yatağa girərəm" açıqlaması sənət aləmində birmənalı qarşılanmayıb. Bəzi həmkarları onu qınasalar da, əməkdar incəsənət xadimi, tanınmış rejissor Şeyx Əbdül Mahmudbəyli aktrisanın tərəfini tutub.

Ucarliyiq.biz publika.az-a istinadən xəbər verir ki, açıqlama verən rejissor bədii obraz tələb edərsə, filmdə açıq-saçıq səhnələrin çəkilməsini normal hesab edir:

"Film reallıqdan götürülür. Bəzən deyirlər ki, ayıbdır, mentalitetimiz var, intim səhnələrə görə aktrisalar qınanılır. Çox nahaq. Baxırsan, gecəyarısı kişilər küçələrdə müştəri gözləyir, cavan qızdır, min oyundan çıxır, bunu niyə filmə gətirməyək? Reallığı gizlədək? Fahişə obrazını da aktrisa yaratmalıdır da. Bunun üçün də ona istədiyi qədər qonorar ödənməlidir. Gənc aktrisa Mələyin açıqlamasını oxudum, ona haqq qazandırdım. Üzümü ona tutub deyirəm, qızım, lap əcəb eləyirsən. Rejissor pulunu verməlidir ki, o aktrisa da qınaqları gözə alıb o filmə çəkilsin".

Rejissor təəssüflə qeyd edib ki, əcnəbi aktrisalara həmin qonorar gözüyumulu verilir:

"Əcnəbi aktrisanı çağırıb istədiyi qonorarı gözüyumulu verirlər, amma özümüzünkünə çatanda qəpik-quruş ödəyirlər. Sonra da deyirlər ki, bizim aktrisalar intim səhnəyə çəkilmirlər, məcburiyyət qarşısında başqa ölkədən aktrisa dəvət edirik".