» » Erməni komandiri kömək istəyən əsgərini döyərək yolda ölməyə qoydu

Erməni komandiri kömək istəyən əsgərini döyərək yolda ölməyə qoydu

Erməni komandiri kömək istəyən əsgərini döyərək yolda ölməyə qoydu

İnsident təlimə gedərkən yolda baş verib.

İyunun 17-də Ermənistan Silahlı Qüvvələrinin (SQ) cəbhənin cənub-şərq istiqamətində yerləşən hərbi hissələrinin birində qeyri-müəyyən şəraitdə ölmüş 19 yaşlı əsgər Qrant Qriqoryanın bədənində qançır izləri aşkarlanıb.

ucarliyiq.biz - in məlumatına görə, bu barədə News.am saytına əsgərin qohumu Norik Avakyan deyib.

O qeyd edib ki, əsgərin yaxınları intihar versiyasını istisna edirlər. 

“Əlləri qançırdır, ayaqlarında sıyrıqlar var. Dodaq və burnunda da xəsarət izləri aşkarlanıb”, - deyə Norik Avakyan vurğulayıb.

Hadisənin təfərrüatlarını açıqlayan N.Avakyan bildirib ki, insident təlimə gedərkən yolda baş verib: 

“Qrant Qriqoryan komandirinə özünü pis hiss etdiyini deyib. Onu köməksiz halda yolda qoyublar. Arxadan gələn əsgərlər Qriqoryanın meyitini aşkarlayıblar”, - N.Avakyan əlavə edib.