» » Dünya çempionunun meyiti tapıldı

Dünya çempionunun meyiti tapıldı

Dünya çempionunun meyiti tapıldı

Rusiya İdman Güləşi Federasiyasının I vitse-prezidenti Adlan Varayevin meyiti Çeçenistanın Çişki kəndindən tapılıb.

Ucarliyiq.biz report-a istinadən bildirir ki, bu barədə sərbəst güləş üzrə üçqat olimpiya çempionu Buvaysar Saytiyev deyib.

O, mərhumun meyitinin yaxınları tərəfindən tanındığını söyləyib: "Axtarışlar hadisənin baş verdiyi gündən dayanmamışdı. Varayevi ağır və təhlükəli hava şəraitində çoxlu insan axtarırdı. Çoxları ümid edirdi ki, onu sağ tapacaqlar. Amma olan oldu".
Qeyd edək ki, mayın 3-də itkin düşmüş Adlan Varayevin axtarış işlərində 600-dən çox şəxs iştirak edib. O, 1988-ci il Seul Yay Olimpiya Oyunlarında gümüş medal qazanmaqla yanaşı, dünya və 3 qat Avropa çempionu olub.