» » Şəkidə 5 yaşlı uşaq faciəvi şəkildə öldü

Şəkidə 5 yaşlı uşaq faciəvi şəkildə öldü

Şəkidə 5 yaşlı uşaq faciəvi şəkildə öldü

Araşdırma aparılır.

Şəkidə kimyəvi məhlul içən 5 yaşlı uşaq ölüb.

Ucarliyiq.biz-ın apa-ya istinadən xəbər verir ki, Şəki Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, iyunun 19-u axşam saat 20:30 radələrində rayonun Cəfərabad kənd sakini, 2011-ci il təvəllüdlü Mövlud Nəzir oğlu Qafarov kəskin zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

Məlum olub ki, 5 yaşlı M.Qafarov yaşadığı evdə dezinfeksiyaedici və həşəratları məhv etmək üçün istifadə olunan "Neasidol" kimyəvi məhlulunu saxlandığı yerdən götürərək içib.

Həkimlərin səylərinə baxmayaraq, M.Qafarov xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.