» » Azərbaycanda dəhşətli yol qəzası: ölənlər var

Azərbaycanda dəhşətli yol qəzası: ölənlər var

Azərbaycanda dəhşətli yol qəzası: ölənlər var

Azərbaycanda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Ucarliyiq.biz lent.az-a istinadən bildirir ki, Qaraməryəm-İsmayıllı-Oğuz yolunun 104-cü kilometrliyində "VAZ 2101" markalı, 48 BA 676 dövlət qeydiyyat nişanlı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Nəticədə avtomobili idarə edən 1939-cu il təvəllüdlü Həmidzadə Namiq Zahid oğlu və sərnişini, 1961-ci ildə anadan olmuş Əsgərova Bənövşə Nəriman qızı hadisə yerində vəfat edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.