» » Rusiyada azərbaycanlı türk mühəndisi öldürdü – FOTO

Rusiyada azərbaycanlı türk mühəndisi öldürdü – FOTO

Rusiyada azərbaycanlı türk mühəndisi öldürdü – FOTO

O, günahını etiraf etdi.

Rusiya DİN-nin Orenburq vilayəti üzrə Cinayət Axtarışı İdarəsinin əməkdaşları xüsusi təyinatlıların və İstintaq Komitəsi əməkdaşlarının iştirakı ilə Türkiyə vətəndaşı Altan Güngerin ölümündə şübhəli bilinən şəxsi saxlayıblar.

ucarliyiq.biz Rusiya mətbuatına istinadən xəbər verir ki, onun itkin düşməsi barədə məlumat Orenburq DİN İdarəsinə sentyabrın 2-də daxil olub.

Müəyyənləşdirilib ki, avqustun 22-də kişi Türkiyədən Moskvaya, oradan isə Orenburqa gəlib və daha əlaqəyə çıxmayıb. İtkin düşmə faktı ilə bağlı aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində iki şübhəli şəxs – Azərbaycan vətəndaşı və Orenburq sakini saxlanılıb. Onların hər ikisi Həştərxan şəhərində yaxalanıblar.

Şübhəli şəxslərin ifadələrinin yoxlanılması zamanı cinayətin törədiliyi yer müəyyənləşdirilib. Polis əməkdaşları türkiyəlinin sinə nahiyəsində kəsilmiş-deşilmiş yaralar olan cəsədinin basdırıldığı yeri aşkar edə biliblər.

Məlumata görə, avqustun 23-də meşə sahəsində saxlanılan şəxs və Türkiyə vətəndaşı arasında münaqişə yaranıb, nəticədə cinayətkar onun bədəninin müxtəlif hissələrinə çoxsaylı bıçaq zərbələri endirib. Cinayətin izini itirmək üçün kişi onun cəsədini torpağa basdırıb, özü isə Orenburq vilayətindən qaçaraq gizlənib.

Müstəntiqlər Azərbaycan vətəndaşına qarşı “İnsan oğurluğu” və “Qətl” maddələri ilə ittiham irəli sürüblər. Dindirmə zamanı o, günahını tam şəkildə etiraf edib.

İstintaq davam edir.

Rusiyada azərbaycanlı türk mühəndisi öldürdü – FOTO

Rusiyada azərbaycanlı türk mühəndisi öldürdü – FOTO

Rusiyada azərbaycanlı türk mühəndisi öldürdü – FOTO