» » Azərbaycanda DƏHŞƏTLİ olay: 18 yaşlı qızın başını kəsdilər

Azərbaycanda DƏHŞƏTLİ olay: 18 yaşlı qızın başını kəsdilər

Azərbaycanda DƏHŞƏTLİ olay: 18 yaşlı qızın başını kəsdilər

Ucarliyiq.biz bildirir ki, kənd sakinlərinin publika.az-a verdiyi məlumata görə, kənd sakini, 1999-cu il təvəllüdlü Günay Gülməmmədovanın cəsədi çay kənarında başı kəsilmiş halda tapılıb.

Sakinlərin sözünə görə, Günayın ailəsinin heç kimlə münaqişəsi olmayıb. 1990-cı il təvəllüdlü bacısı və əkiz qardaşı olan Günay anasını 2011-ci ildə itirib. Atası ikinci dəfə ailə qurub. Lakin onun analığı ilə də problemi olmayıb. Kənd sakinləri bildirirlər ki, kənddə ilk dəfədir belə hadisə baş verir.

Cəsəd dünən saat 18 radələrində Günaygilin evindən 500-600 metr kənarda aşkarlanıb. Dərhal polisə məlumat verilib. Araşdırmadan sonra meyitin Günay Gülməmmədovaya məxsus olduğu müəyyən edilib.

Günayın əmisi Natiq Gülməmmədov açıqlamasında olayın ailələri üçün dəhşətli bir hadisə olduğunu deyib: "Qardaşım qızını sonuncu dəfə iyunun 14-də gördüm. Bacım qızının "Son zəng" tədbirində idim. Atası, qardaşı, analığı da orada idi. Bildiyim qədəri ilə son vaxtlar bir oğlanla telefonla danışırmış. Ona görə hamı danlayırdı onu. Mən də qızı qarşıma qoyub danışdım. Başa saldım ki, belə şeylər üçün hələ tezdir. Günay bu il 11-ci sinfi bitirməliydi. Amma 9-cu sinifdən məktəbdən çıxmışdı. Yəni hələ məktəbli yaşında idi. Bu, o demək deyil ki, qardaşım qızı pis yolda idi. O, daim ailənin nəzarətində olub. Həmin gündən sonra onu görməmişəm".

Əmisinin sözlərinə görə, hadisə günü Günay saat 16 radələrində evdən çıxıb: "Atası ilə qardaşı evdə yatırmış. Analığı ilə həyətə çıxıb. Hər gün gedib qonşunun balaca uşağı ilə oynayırmış. Analığına ora getdiyini deyib. Aradan bir neçə saat keçəndən sonra qonşudan soruşublar, məlum olub ki, Günay onlara getməyib. Axşamüstü körpünün yanında meyit tapıldığını eşitdik. Amma ora getmədim. Qardaşım zəng edib bizdən Günayı soruşdu. Biz də qohumlardan soraqladıq. Sonradan tapılan meyitin Günay olduğunu öyrəndik. Amma bizim heç kimlə davamız olmayıb. Kim belə iş görə, belə dəhşətli şəkildə başını kəsib öldürə bilər? Günay ölümü ilə bizə ağır dərd qoydu".