» » Həyat yoldaşı Eldar Mahmudovun "ölümündən" danışdı

Həyat yoldaşı Eldar Mahmudovun "ölümündən" danışdı

Həyat yoldaşı Eldar Mahmudovun "ölümündən" danışdı

Bir neçə gündür ölkə mətbuatında sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun ölüm xəbəri yayılıb. Yayılan məlumatda sabiq nazirin evinə qapanaraq içki aludəçisi olduğu, bu səbəbdən ürəyində problemlər yaranaraq, yaşadığı bağ evində vəfat etməsi ilə bağlı xəbərlər ölkə KİV-də səngimək bilmir.

Ucarliyiq.biz bildirir ki, yayılan xəbərin kütləviliyini və ölkə mətbuatında rezonans doğurduğunu nəzərə alan Bizimyol.info saytı, məsələ barədə açıqlama almaq üçün, sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun yaşadığı evə zəng edib. Dəstəyi qaldıran sabiq nazirin həyat yoldaşı Tahirə Mahmudova saytımıza qısa açıqlamasında yayılan məlumatın yalan olduğunu bildirib. "Belə məlumatlar hardan çıxır bilmirəm. Bəli, Eldar müəllimin səhhətində problemlər var, amma ölüm faktı yoxdur. Heç elə bir şey də olmayıb. Məlumat yalandır".

Qeyd edək ki, Eldar Mahmudovun həyat yoldaşı Tahirə Mahmudova Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyyasının katibi vəzifəsində çalışıb. O, səhətində problemlər yarandığı üçün, öz ərizəsi ilə işdən çıxıb.