» » Qazaxda dəhşətli hadisə: gənc qızı öldürüb meyitini kolluğa atdılar

Qazaxda dəhşətli hadisə: gənc qızı öldürüb meyitini kolluğa atdılar

Qazaxda dəhşətli hadisə: gənc qızı öldürüb meyitini kolluğa atdılar

Polis Qazaxda naməlum qadın meyitinin tapılması ilə bağlı əhaliyə müraciət edib. Ucarliyiq.biz-ın lent.az-a istinadən məlumatına görə, polisin yaydığı elanda bildirilir ki, 19 iyun tarixdə səhər Ağstafa çayının Qazax rayonunun Xanlıqlar kəndinin ərazisindən keçən hissəsində üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan 25-30 yaşlarında naməlum qadın meyidi aşkar edilib.

Meyidin xarakterik əlamətləri aşağıdakılardır: Boyu 1 metr 60 santimetr, saçı və gözləri qara rəngli, orta köklükdədir, göbək nahiyyəsində cərrahiyyə əməliyyatının izləri var.
Fotoşəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və ya kimliyi barədə hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin (022) 295-14-97 nömrəli şəhər, eyni zamanda, (050) 392-02- 21, (055) 221-52- 48 və (050) 366-66- 62 nömrəli mobil telefonlara zəng edərək Qazax Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.

Qazaxda dəhşətli hadisə: gənc qızı öldürüb meyitini kolluğa atdılar
Qazaxda dəhşətli hadisə: gənc qızı öldürüb meyitini kolluğa atdılar