» » Qadın və tanışı qısqanc əri gecə yarısı döyüb

Qadın və tanışı qısqanc əri gecə yarısı döyüb

Qadın və tanışı qısqanc əri gecə yarısı döyüb

Ağsu rayon sakini döyülüb. Ucarliyiq.biz apa-ya istinadən xəbərinə görə, hadisə Ağsu-Nöydü yolunun kənarında qeydə alınıb. Ağsu şəhərinin Xanlar küçəsindəki 2 saylı evdə yaşayan 1982-ci il təvəllüdlü Şükürov Zahir Malik oğlu həyat yoldaşı 1985-ci Məmmədova Raya Arif qızının gecə saatlarında evdən çıxaraq naməlum istiqamətə getdiyini görüb.

O, dərhal qadının arxasınca küçəyə çıxaraq həyat yoldaşını izləyib. Məlumata görə, Raya Məmmədovanı Ağsu-Nöydü avtomobil yolunun kənarında dayanmış avtomobilinə oturaraq gedərkən Zahir Şükürov onların qarşısını kəsib. Raya Məmmədova və avtomobili idarə edən kişi Zahir Şükürovu ayaq və yumruq zərbələri, küt alətlə döyərək yolun kənarına atıblar və hadisə yerindən qaçıblar. Zahir Şükürova Ağsu Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib.

Hazırda Ağsu rayon Polis Şöbəsinin əməkdaşları Zahir Şükürova müxtəlif bədən xəsarətləri yetirən Raya Məmmədovanı və onun qoşulub getdiyi naməlum şəxsin tapılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.

Faktla bağlı araşdırma aparılır.