» » Bakıda şirkətdən 60 min dollar oğurlayanlar həbs olundu

Bakıda şirkətdən 60 min dollar oğurlayanlar həbs olundu

Bakıda şirkətdən 60 min dollar oğurlayanlar həbs olundu

DİN məlumat yaydı.

Bakıda şirkətdən oğurluq etməkdə şübhəli bilinən şəxs tutulub.

Daxili İşlər Nazirliyindən ucarliyiq.biz-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Xətai rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Qaraçay” təmir-tikinti şirkətindən içərisində 60 min ABŞ dolları və sənəd olan seyfi quldurluq yolu ilə aparmış qrupun digər üzvü - Bakı şəhər sakini Aqşin Mustafayev tutulub, digər şəxs isə müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.