» » Savçenko Rusiya heyətinin AŞPA-ya qayıtmasına qarşıdır

Savçenko Rusiya heyətinin AŞPA-ya qayıtmasına qarşıdır

Savçenko Rusiya heyətinin AŞPA-ya qayıtmasına qarşıdır

Ali Radanın deputatı Avropa Xalq Partiyasının prezidenti Cozef Dol ilə görüşüb.

Ukrayna Ali Radasının deputatı Nadejda Savçenko Rusiyanın nümayəndə heyətinin AŞPA-ya qaytarılmasına qarşı çıxış edib. 

Ucarliyiq.biz bu barədə UNN istinadən xəbər verir.

“Rusiyanın mənə qarşı etdiyi kimi, insan haqlarına, nümayəndənin toxunulmazlığına hörmət etməyən heyət AŞPA-ya qaytarıla bilməz ”, - Savçenko bildirib. 

Strasburqa səfəri zamanı Savçenko Avropa Xalq Partiyasının prezidenti Cozef Dol ilə görüşüb.

Mayın sonunda Dövlət Dumasının beynəlxalq işlər üzrə komitəsinin rəhbəri Aleksey Puşkov bəyan edib ki, AŞPA-nın siyasi komitəsinin praktiki olaraq bütün üzvləri Rusiya heyətinin Assambleyaya qayıtmasının lehinə çıxış edir.