» » "Paltarını cırıb, bədənini göstərməlisən…" - FOTO

"Paltarını cırıb, bədənini göstərməlisən…" - FOTO

"Paltarını cırıb, bədənini göstərməlisən…" - FOTO

"Açıq-saçıq rollara çəkilmədiyi üçün rejissorlar məcburiyyət qarşısında yerli filmlərdə çəkilmək üçün başqa ölkələrdən aktrisalar dəvət edirlər..."

Cəfər Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasının direktoru Müşviq Hətəmovun bu açıqlaması gənc aktrisaları ayağa qaldırıb. Ötən həftə Mələk Heydərova "yüz min versələr, yatağa girərəm" açıqlaması ilə sənət cameəsini bir-birinə vurdu. Bəzi həmkarları onu qınaq atəşinə tutdular.

Ucarliyiq.biz bildirir ki, publika.az-a açıqlama verən aktrisa Günel Məmmədova isə həmkarının cəsarətli addımını alqışladığını deyib: "Həmkarım Mələyin külli miqdarda qonorar müqabilində yataq səhnəsinə çəkiləcəyi barədə açıqlaması sənət cameəsində birmənalı qarşılanmadı. Bəziləri bunu təhqir kimi dəyərləndirdilər, aktrisanın ünvanına kəskin fikirlər səsləndirdilər. Amma onu haqlı hesab edirəm, çünki xarici ölkələrdə də istənilən erotik səhnəyə görə qonorarın məbləği dəyişir. Aktrisaya öpüş səhnəsi üçün beş min təklif olunursa, yataq səhnəsinə on min verirlər. Bədəninin hansısa bir yerinin görünməsinin də öz qiyməti var. Bəyəm əcnəbi aktrisalar yataq səhnəsinə havayı çəkilirlət? Bizdə də cəsarətli aktrisalar var və mən onları alqışlayıram".

Bununla belə, aktrisa özü belə səhnələrə çəkilmədiyini deyib: "Dəfələrlə məni açıq-saçıq rollara dəvət ediblər, amma bu, mənim çərçivələrimə uyğunlaşmadığı üçün həmin rollardan imtina etmişəm. Lap elə bu yaxınlarda azərbaycanlı rejissorun "Mosfilm"də çəkdiyi bir filmə dəvət aldım. Dedilər, paltarını cırıb, bədənini göstərməlisən. Özü də bədənin bir hissəsini. Buna görə roldan imtina etdim".