» » Bakıda ərini qısqanan qadından DƏHŞƏTLİ ƏMƏL

Bakıda ərini qısqanan qadından DƏHŞƏTLİ ƏMƏL

Bakıda ərini qısqanan qadından DƏHŞƏTLİ ƏMƏL

Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib. Ucarliyiq.biz-ın lent.az-a istinadən məlumatına görə, Maştağa qəsəbəsi A.Ə.Kərimov küçəsində yaşayan 23 yaşlı Fatimə Nəcəfova özünü evin hamam otağında asaraq intihar edib. Gənc qadının meyitini ailə üzvləri aşkarlayıb. Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

Bildirilir ki, intihar edən F. Nəcəfova ailəli olub və 1 azyaşlı övladı qalıb. Bir müddət imiş ki, onunla həyat yoldaşı arasında problemlər yaşanırmış. Buna səbəb isə F.Nəcəfovanın həyat yoldaşının evə gec gəlməsi imiş. Həyat yoldaşı hər dəfə kafedə işlədiyini və məcburiyyət qarşısında işdən gec gəldiyini desə də, gənc qadın bununla razılaşmırmış.

Qısqanc xanım nəhayət, həyatına son qoymaq qərarına gəlib və yaşadığı mənzildə özünü asıb.

F.Nəcəfovanın ailə üzvləri də hadisənin qısqanclıq zəminində baş verdiyini bildiriblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.