» » Azərbaycanda 1-i azyaşlı olmaqla 8 nəfər bədbəxt hadisənin qurbanı oldu

Azərbaycanda 1-i azyaşlı olmaqla 8 nəfər bədbəxt hadisənin qurbanı oldu

Azərbaycanda 1-i azyaşlı olmaqla 8 nəfər bədbəxt hadisənin qurbanı oldu

Həftə sonu Azərbaycanın müxtəlif yerlərində baş vermiş bədbəxt hadisələr nəticəsində 8 nəfər həyatını itirib. Ucarliyiq.biz-ın lent.az-a istinadən məlumatına görə, iyunun 18-də Maştağa qəsəbəsi Albalılıq bağ massivində 62 yaşlı Azad Məlikmməmədov alça ağacından yıxılaraq ölüb. Bundan başqa, iyunun 18-də Mingəçevir şəhərində şəhər sakini İntiqam İsmayılov su anbarında çimərkən boğulub. Meyit sudan çıxarılıb.

Oxşar hadisə Sabirabad rayonunda da baş verib. İyunun 18-də Sabirabad rayonunun Suqovuşan kəndində yaşayan Elnur Cəfərov yaşadığı kəndin ərazisindən keçən su kanalına düşərək boğulub. Onun da meyiti sudan çıxarılıb.

Bundan başqa, iyunun 18-də Qum adası ərazisində Bakı şəhər sakini İntiqam Əliyev dənizdə balıq tutarkən boğulub. Onun meyiti də sudan çıxarılaraq ailəsinə təhvil verilib.

İyunun 18-də Xəzər rayonunun Binə qəsəbəsində yaşayan Rauf Quliyev evinin qarşısında yüksək gərginlikli elektrik dirəyinə çıxıb və elektrik cərəyanı vurması nəticəsində ölüb. Həmçinin iyunun 18-də Salyan rayonunun Xurşudlu kəndində kənd sakini Maarif Nəsirov da transformatora müdaxilə edərkən elektrik cəryanı vurması nəticəsində həyatını itirib.

Daha bir nəfər isə Saatlı rayonunda elektrik cərəyanının qurbanı olub. İyunun 19-da Saatlı rayonunda yaşayan azyaşlı Ağaxan Fərzəlizadəni elektrik cərəyanı vurması nəticəsində ölüb.

Azyaşlının ölümü ilə nəticələnən başqa bir hadisə isə Xətai rayonunda qeydə alınıb. İyunun 19-da Xətai rayonu ərazisində yaşayan azyaşlı Aylin Səfərova evlərinin (3-cü mərtəbə) pəncərəsindən yıxılıb. Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.

Hər bir faktla bağlı araşdırma aparılır.