» » Bakıya gəlmək üçün soyadını dəyişdirən erməni boksçunu peşman etdilər

Bakıya gəlmək üçün soyadını dəyişdirən erməni boksçunu peşman etdilər

Bakıya gəlmək üçün soyadını dəyişdirən erməni boksçunu peşman etdilər

Bakıda 92 ölkənin nümayəndələrinin iştirakı ilə Olimpiya lisenziyalı beynəlxalq boks turniri də keçirilir. Yarışlarda Rio Olimpiadasına düşmək arzusunda olan İsrail təmsilçisi David Alaverdyan da var. Amma onun adı-soyadı bütün rəsmi sənədlərdə nədənsə David Alaverdov kimi göstərilib.

Ucarliyiq.biz virtualaz.org-ə istinadən xəbər verir ki, amma istər turnirin təşkilatçıları, istərsə də İsrail tərəfi bu məsələ ilə bağlı şərh verməkdən imtina edirlər. Bu, bir daha göstərir ki, biz irəli sürdüyümüz iddialarda haqlıyıq.

Bu arada Alaverdyan (həmin Alaverdov) artıq rinqə çıxıb və ilk döyüşdəcə məğlub olub. 52 kiloqram çəki dərəcəsində onun rəqibi qırğız Azat Ustnaliyev olub.

Bakıda çıxış edən digər erməni boksçu - gürcü Otar Yeranosyan (60 kq) isə görüşünün ilk raundunda Yeni Zelandiya təmsilçisinə qalib gələrək 1/8 finala çıxıb. Erməni KİV-nə inansaq, o, Bakıya şəxsi mühafizəçiləri ilə gəlib.

Yeri gəlmişkən, turnirdə Azərbaycan boksçusu Teymur Məmmədov (81 kq) da qələbə qazanıb. O, Çin təmsilçisi Quo Cin Şi-ni məğlub edib. 1/8 finalda onun rəqibi gürcü Yaqo Kiziriya olacaq.