» » Ermənistan XİN: Qarabağla bağlı görüş uğurlu olub

Ermənistan XİN: Qarabağla bağlı görüş uğurlu olub

Ermənistan XİN: Qarabağla bağlı görüş uğurlu olub

Nazir danışıqların XİN rəhbərləri səviyyəsində davam etdiriləcəyini qeyd edib.

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Sankt-Peterburqda Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasında keçirilən görüşü müsbət qiymətləndirib, ucarliyiq.biz xəbər verir.

“Bugünkü görüş faydalı oldu. Müəyyən ehtiyatla qeyd edə bilərəm ki, konstruktiv atmosferdə keçirildi” - , E.Nalbandyan jurnalistlərə açıqlamasında deyib.

Nazir görüşlərin yalnız prezident səviyyəsində deyil, həm də XİN rəhbərləri səviyyəsində davam etdiriləcəyini vurğulayıb: 

“Bütün proseslər ATƏT-in Minsk qrupu formatında həyata keçiriləcək”.