» » Türkiyə qırıcıları 50-yə yaxın terrorçunu məhv etdi

Türkiyə qırıcıları 50-yə yaxın terrorçunu məhv etdi

Türkiyə qırıcıları 50-yə yaxın terrorçunu məhv etdi

Əməliyyat davam edir.

Türkiyənin Hərbi Hava Qüvvələri ölkənin şərqində Tuncəli əyalətində Kürd Fəhlə Partiyasının (PKK) 50 terrorçusunun olduğu qrupa zərbə endirib. 

ucarliyiq.biz TASS-a istinadla xəbər verir ki, regionda terrorçuların məhv edilməsi ilə bağlı əməliyyat davam edir. 

Terrorçular ötən gecə Ovacıq qəsəbəsində pilotsuz uçan aparatın köməyi ilə müəyyən edilib.  Hədəflər müəyyən olunduqdan sonra havaya qaldırılan qırıcılar zərbələr endirib. 

Daha sonra xüsusi təyinatlılar qəsəbədə terrorçuların tam məhvi üzrə əməliyyat keçirib.

Jandarmların hərəkətlərini havadan hərbi helikopterlər qoruyaraq yaraqlılara zərbələr endiriblər. 

Əməliyyat nəticəsində çoxlu sayda terrorçunun məhv edildiyi bildirilir.