» » Trampa qarşı sui-qəsd cəhdi olub - VİDEO

Trampa qarşı sui-qəsd cəhdi olub - VİDEO

Trampa qarşı sui-qəsd cəhdi olub - VİDEO

Gənc adam polisin tapançasını mənimsəməyə çalışıb.

Las-Veqasda iyunun 18-də ABŞ prezidentliyinə namizəd Donald Trampın çıxışı zamanı gənc adam polisin tapançasını ələ keçirməyə çalışaraq siyasətçiyə hücum cəhd edib. 

Ucarliyiq.biz RİA Novosti-yə istinadən xəbər verir ki, 19 yaşlı Maykl Sendford Trampdan avtoqraf almaq istədiyini deyib, amma söhbət zamanı polisin tapancasını mənimsəməyə cəhd edib. 

Qayda pozanlar saxlanılıb. Siyasətçinin çıxışına bu zaman fasilə verilməyib. 

Bir müddət sonra ABŞ-ın Trampı qoruyan məxfi xidməti Sendforda qarşı ittiham irəli sürüb. O, on il müddətinə azadlıqdan məhrum edilə bilər. 

“France-Press” agentliyinin məlumatına görə, saxlanılan şəxs Böyük Britaniya vətəndaşıdır. 

Tramp Respublikaçılar partiyasından ABŞ prezidentliyinə faktiki namizəddir. Onun namizədliyinin rəsmi şəkildə irəli sürülməsi iyul ayında qurultay zamanı baş tutacaq. Prezident seçkiləri noyabrın 8-də keçiriləcək.