» » Bakıda DƏHŞƏTLİ QƏTL: ər arvadını boğdu

Bakıda DƏHŞƏTLİ QƏTL: ər arvadını boğdu

Bakıda DƏHŞƏTLİ QƏTL: ər arvadını boğdu

Bakıda ər arvadını qətlə yetirib. Ucarliyiq.biz lent.az-a istinadən məlumatına görə, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi E.Bəkirli küçəsindəki fərdi yaşayış evində 1988-ci il təvəllüdlü Tural Kazımov həyat yoldaşı 25 yaşlı Maya Kazımovanı boğaraq qətlə yetirib.

T.Kazımov hadisədən dərhal sonra polisə gələrək təslim olub.

O, bildirib ki, həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirib.

Bildirilir ki, gənc cütlüyün nikahından 3 azyaşlı övladı qalıb. Hadisə baş verərkən uşaqlar həyətdə oynayırmışlar və evdə mübahisə edən ər-arvadın davası qətllə yekunlaşıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.