» » Şirkət rəhbəri qızını belə cəzalandırdı

Şirkət rəhbəri qızını belə cəzalandırdı

Şirkət rəhbəri qızını belə cəzalandırdı

"Korean Airlines Cho Hyun" şirkətinin rəhbəri qızını qeyri-adi üsulla cəzalandırıb.

Ucarliyiq.biz xəbər verir ki, o, qızını camaat qarşısına çıxararaq doğma övladı adından hamıdan üzr istəyib. Başını aşağı əyərək hamının gözünün qarşısında gəzən qız sakinlərin marağına səbəb olub.

Gənc qızın günahı isə təyyarədə qalmaqal yaratması olub. Belə ki, təyyarədə uçmağa hazırlaşarkən stüardessa ona yeməyi boşqabda gətirib. Bu isə şirkət rəhbərinin qızının xoşuna gəlməyib. O, təyyarədə qalmaqal yaradıb və nəticədə stüardessa işdən kənarlaşdırılıb. Təyyarə isə yubanıb.

Şirkətin rəhbəri qızını camaat arasında gəzdirərək: "Sizdən üzr istəyirəm ona görə ki, mən öz qızımı düzgün tərbiyə edə bilməmışəm" deyib.