» » Avstraliyalı akula ilə döyüşünü videoya çəkib

Avstraliyalı akula ilə döyüşünü videoya çəkib

Avstraliyalı akula ilə döyüşünü videoya çəkib

O, akulanı atəş ilə qorxutmağa çalışıb.

Avstraliyalı Bred Veyla Koral Bey şəhərciyi yaxınlığında akulaların hücumuna məruz qalıb. 

Ucarliyiq.biz “Life”a istinadən xəbər verir ki, bu barədə “The Huffington Post” məlumat yayıb. 

Veylanın sözlərinə görə, sualtı çəkiliş zamanı akulalar onun ətrafında fırlanmağa başlayıblar, onları atəşlə qorxutmağa çalışarkən isə hücuma məruz qalıb. 

Videoya görə, avstraliyalı Hind və Sakit okeanda məskunlaşan rif akulası (Triaenodon obesus) ilə qarşılaşıb. 

Onun uzunluğu 2 metrə çatır, insanlara hücumu isə nadir hallarda olur. 

Bu dəfə üzgüçünün hərəkətinə cavab olaraq akulalar hücum ediblər. Akulanın bu növünün gündəlik rasionu balıq və xərçəngkimilərdən ibarətdir.