» » Maykl Ceksonun plastik cərrahından – ŞOK ETİRAFLAR + FOTO

Maykl Ceksonun plastik cərrahından – ŞOK ETİRAFLAR + FOTO

Maykl Ceksonun plastik cərrahından – ŞOK ETİRAFLAR + FOTO

“Şalvarının balağını yuxarı qaldırdı”.

Amerikanın ən məşhur plastik cərrahı Dr. Patrick Treacy məşhurlarla yaşadığı macəralarla dolu həyatını kitab halına gətirib. Ancaq biz onun sərgüzəştlərini bir kənara qoyub yaxın dostu Maykl Cekson (Michael Jackson) üçün yazdıqlarına nəzər salacağıq...

ucarliyiq.biz Hürriyet-ə istinadla xəbər verir ki, rəngli keçmişi və mükafatlarına baxmayaraq məşhurların plastik cərrahı Dr. Patrick Treacy da çox yaxşı bilir ki, “Behind the Mask” (“Maskanın arxasındakılar”) adlı tərcümeyi-hal kitabındakı ən diqqət çəkən hissə dünyaca məşhur müştərisi və dostu Maykl Ceskon haqqında yazdıqlarıdır.

Doktor Treacy və Michael Jackson 2006-ci ildə İrlandiyada tanış olublar. Məşhur plastik cərrah televiziya kanallarından birində canlı yayıma qatılmış, kulisdə istirahət edirdi. İçəriyə gənc afro-amerikalı qadın daxil olaraq dünyaca məşhur bir sənətçinin köməkçisi olduğunu söyləyir.

Treacy “Kim olduğuna dair heç bir fikrim yox idi” deyə o günü belə izah edir:

“Mətbuat nümayəndələri görməsin deyə gecə yarısı gedib klinikanı açdıq, amma hələ də kimin gələcəyini bilmirdim. Gələndə “Salam, mən Maykl Ceksonam. Afrikalı insanlar üçün etdiklərinizə görə təşəkkür edirəm” dedi.

Treacy-nin çaşqınlığının əsl səbəbi gecə yarısı klinikaya Michael Jackson-un girməsi deyildi (çünki ulduzlarla işləməyə alışmışdı). Söylədiyinə görə əsl təəccübləndiyi şey Michael Jackson-un tibbi jurnalların birində onun AIDS haqqında yazdığı məqaləni oxuması idi:

“Mənə o yazını oxuduğunu, hətta oxuduqdan sonra ağladığını söylədi. Bu mövzuda insanlara yardım etmək üçün konsert vermək istəyirdi”.

Maykl Ceksonun plastik cərrahından – ŞOK ETİRAFLAR + FOTO

“Onun İrlandiyadakı evində qaldım. Bir axşam bir-birimizə atalarımızdan söz açdıq. Mənim atam çox istiqanlı idi, amma Michael atasının kiçik ikən onu döydüyünü söylədi. Kosmetika məhsullarını ilk dəfə o zaman istifadə etməyə başlayıb”.

Bir çox mənbələr Michael Jackson-un şəxsiyyət pozqunluğu psixoloji xəstəliyindən əzab çəkdiyini, buna görə zamanla özünə çox zərər verən “mükəmməl bir görünüş əldə etmə səyinə” girdiyini yazırlar. Treacy də elə düşünür, amma Jackson-a tam olaraq nə etdiyi haqqında danışmır. Yalnız onu nə qədər sevdiyini izah edir:

Maykl Ceksonun plastik cərrahından – ŞOK ETİRAFLAR + FOTO

“Çox əyləncəli, elmə və dərmanlara maraq duyan bir insan idi. Bir gün dərmanlarla bağlı bir kitab alıb ofisimə gəldi. İçindən bir səhifə açdı. Bu, qaradərili bir uşaq şəkli idi. Uşaq qaradərili olsa da bədəni həm qara, həm də ağ idi. Mənə dedi ki  “Bu uşağın nə qədər əzab çəkdiyini bilirəm”. Sonra şalvarının balağını yuxarı qaldırdı. Onun da dərisinin eynilə şəkildəki uşaq kimi həm qara, həm də ağ olduğunu gördüm. Bütün bədəni elə idi”.

Jackson vitiligo xəstəliyindən (dəridə rəngsiz, ağ ləkələr olması) əziyyət çəkirdi. Treacy onu məşhur Dublin Klinikasında müalicə etməyə qərar verir.

“Günlərin birində yenə uşaqlarla bağlı nəsə oxuyub və gəlib mənə dedi ki  “Bu uşaq əzab çəkir. Hansı xəstaxanadadır?”. Təcili bəhs etdiyi uşaqları tapıb Crumlin Xəstəxanasına gətirdik, mən də orada işə başladım”.

Maykl Ceksonun plastik cərrahından – ŞOK ETİRAFLAR + FOTO

Ancaq Treacy Jackson-un cinsi təcavüz iddiaları haqqında danışmaqda könülsüz idi. Ona görə ki Michal Jackson gərəksiz yerə mətbuat nümayəndələrinin zərbəsinə məruz qalmışdı. Belə ki həmin söz-söhbətlərə görə uşaqları xəstəxanada ziyarət edə bilməmişdi:

“Bu, eqoistcəsinə bir qərar deyildi. Özünü yeni media xəbərlərindən qorumaq istəyirdi”.

Maykl Ceksonun plastik cərrahından – ŞOK ETİRAFLAR + FOTO

Treacy karyerası boyunca aralarında Nelson Mandela, Mother Teresa, Bono, John Lennon, Michael Douglas, Jay-Z kimi insanların olduğu dünyanın məşhur ulduzları ilə tanış olub və bir çoxlarını əməliyyat edib. 90-cı illərin ortasında Lady Diana ilə görüşüb. Ancaq Michael Jackson ilə dostluğu onun üçün həmişə əhəmiyyətli olub.