» » Futbolçu Səmədovun həyat yoldaşı Rusiya-Uels matçını sona qədər izləyə bilmədi

Futbolçu Səmədovun həyat yoldaşı Rusiya-Uels matçını sona qədər izləyə bilmədi

Futbolçu Səmədovun həyat yoldaşı Rusiya-Uels matçını sona qədər izləyə bilmədi

Ərinə görə narahatlıq keçirməkdənsə, gəzməyə üstünlük verib.

Avropa çempionatının qrup mərhələsinin üçüncü turunda Rusiya ilə Uels arasında keçirilən oyunu Rusiya millisinin Azərbaycan əsilli yarımmüdafiəçisi Aleksandr Səmədovun həyat yoldaşı Yuliya rəfiqələri ilə birgə Moskvadakı barlardan birində izləyib. 

Ucarliyiq.biz “Life”a istinadən xəbər verir ki, qızların stolundan emosional səs-küy eşidilməyib. 

 Yuliya bütün oyun boyu öz selfisi ilə məşğul olub, çaxır içərək qəlyan çəkib. 

Hesan 2:0 Uelsin xeyrinə olanda, Yuliya Səmədova ayağa qalxaraq barı tərk edib. 

Ərinə görə narahatlıq keçirməkdənsə, gəzməyə üstünlük verib. 

Aleksandrın arvadı bara yalnız Rusiya millisinin taleyi həll olunan oyunun sonunda qayıdaraq rəfiqələrin əhatəsində qəlyan çəkməyi davam etdirib.

Səmədova jurnalistlərlə söhbətində ərinin oyununu şərh etməkdən boyun qaçırıb, yalnız şokda olduğunu deyib: 

“Nə deyə bilərəm ki? Siz hər şeyi gördünüz”.

Həmin axşam ən çox kefi pozulan isə Rusiya yığmasının oyunçularının adları olan köynəkləri ilə işə çıxan barın ofisantları olub.