» » Bir qrup terrorçu həbs edildi

Bir qrup terrorçu həbs edildi

Bir qrup terrorçu həbs edildi

İranda bir qrup terrorçu həbs edilib. Bu barədə ölkə prezidenti Həsən Ruhani və Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şəmhani ilə yanaşı kütləvi informasiya vasitələri məlumat verib.

Ucarliyiq.biz bildirir ki, hələlik hansı terror təşkilatına aid olduğu bildirilməyən qruplaşma üzvlərinin paytaxt Tehranda və daha bir neçə böyük şəhərdə partlayışlar törətmək planlarının olduğu deyilir. Bununla belə, bir sıra mətbuat orqanları xüsusi xidmət əməkdaşları tərəfindən həbs edilən şəxslərin İŞİD üzvü olduğunu ehtimal edir. Bəzi kütləvi informasiya vasitələri isə zərərsizləşdirilən şəxslərin sayının və kimliyinin açıqlanmamasını şübhə ilə qaraşılayıb. Onlar hesab edir ki, İŞİD İran üçün təhlükə sayılmadığı üçün, bu terror təşkilatının Tehranda partlayış törədə bilmək ehtimalı da çox azdır. Buna görə də, həbs edilən şəxslər digər radikal dini qruplaşma üzvləri ola bilər. (atv)