» » Liviyada partlayış: 29 ölü

Liviyada partlayış: 29 ölü

Liviyada partlayış: 29 ölü

Hadisə Qarabili şəhərində baş verib.

Liviyanın qərbində yerləşən Qarabili şəhərində döyüş sursatları satılan mağazada partlayışın baş verməsi nəticəsində ən azı 29 nəfər ölüb, daha 30 nəfər yaralanıb.

Ucarliyiq.biz Reuters-ə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanının nümayəndəsi Məhəmməd Assayed bildirib.

“Ölən və yaralananların sayı artır və biz onları ciddi cəhdlə yaxınlıqdakı xəstəxanalara göndərməyə çalışırıq”, — deyə o əlavə edib.

Partlayışın hansı səbəbdən baş verdiyi məlum deyil.