» » 155 min dollarlıq sifarişli QƏTL

155 min dollarlıq sifarişli QƏTL

155 min dollarlıq sifarişli QƏTL

Sankt-Peterburqda meyvə-tərəvəz bazasında azərbaycanlının ölümü ilə bağlı yeni təfərrüatlar məlum olub. Ucarliyiq.biz-ın lent.az-a istinadən məlumatına görə, qətli törədən 27 yaşlı Emil Hüseynovdur. O, Narkotik Dövriyyəsinə Nəzarət üzrə Rusiya Federal Komitəsinin keçmiş əməkdaşıdır.

Şahidlərin məlumatına görə, hadisə zamanı heç bir dava olmayıb. Emil Hüseynov soyuqqanlı şəkildə qurbanı, İsmayılov soyadlı 43 yaşlı həmvətəninə yaxınlaşaraq əlindəki tapançadan ona bir neçə dəfə atəş açıb.

Bundan sonra o, qaçmağa başlayıb. Digər satıcılar onun arxasınca qaçaraq tutublar. Bu zaman Hüseynov möhkəm döyülüb və hazırda Peterburqun Aleksandrovsk xəstəxanasındadır. Onun yatdığı palata OMON tərəfindən ciddi qorunur.

Rusiya İstintaq Komitəsindəki mənbədən "Life.ru"ya verilən məlumata görə isə, hadisə sifarişlidir. Emil Hüseynov istintaqa ilkin ifadəsində bunu etiraf edib. O bildirib ki, qətlə görə ona 10 milyon rubl (təxminən 155 min dollar) pul veriləcəkdi.

Yerli KİV-in yaydığı məlumata görə, hazırda sifarişçinin kimliyi araşdırılır. Hadisənin baş verdiyi Sofiyskaya bazarı da OMON tərəfindən mühasirəyə alınıb, ora heç kim buraxılmır.