» » Bir gecədə ildırım 45 nəfəri vurdu

Bir gecədə ildırım 45 nəfəri vurdu

Bir gecədə ildırım 45 nəfəri vurdu

Ölənlərin sayının artacağı ehtimal olunur.

Bu gecə Hindistanın şərqində yerləşən Bihar ştatında ildırım vurması nəticəsində azı 45 nəfər ölüb, 10-dan çox insan xəsarət alıb.

Ucarliyiq.biz xəbər verir ki, “Air News” nəşrinin məlumatına görə, ölənlərin sayının artacağı ehtimal olunur.

Xatırladaq ki, ölkənin şərqində dolu ilə müşahidə olunan leysan yağışlar yağır. Sinoptiklər yaxın bir neçə gündə yağışlı hava şəraitinin davam edəcəyini proqnozlaşdırırlar.