» » Trampa cüdo ilə məşğul olmağı təklif etdilər

Trampa cüdo ilə məşğul olmağı təklif etdilər

Trampa cüdo ilə məşğul olmağı təklif etdilər

Amerika nəşri namizədə bir neçə variant təklif edib.

Bir neçə nəşrin məlumatına görə, ABŞ prezidentliyinə Respublikaçılar partiyasından namizəd Donald Tramp televiziya biznesi ilə məşğul olmağa hazırlaşır.  

Ucarliyiq.biz xəbər verir ki, bu barədə “Foreign Policy” yazıb.

Qeyd edildiyi kimi, seçki kampaniyasının ən qızğın vaxtında namizəd, çətin ki, belə işə əl ata, amma bu seçki yetərincə sürprizlərlə dolu oldu. Ona görə də amerikalı nəşr telekanalın yayımına daxil ola biləcək bir neçə veriliş variantı təklif edib.

Tramp Rusiya prezidenti Vladimir Putinə qarşı dəfələrlə rəğbətini ifadə edib, nəşrin müəllifləri efirə rusiyalı liderin biznesmenə döyüş sənətində öz bacarıqlarını nümayiş etdirəcəyi “Vladimir Putin ilə cüdo saatı” şousunu buraxmağı təklif ediblər.  

Başqa bir verilişi isə “Kim Çen In ilə təkbətək” adlana bilrədi, axı Tramp daha öncə Şimali Koreya lideri ilə danışıqlar aparmağa hazır olduğunu bəyan etmişdi.

“Tramp-TV”nin mümkün verilişləri sırasında “Foreign Policy” hazırkı namizəd realiti-şouların ulduzu kimi şöhrət tapdığı “Kainat gözəli”, “Şagird” analoq şou kimi verilişlər, eləcə də “Trump National Doral Miamidə məşhurlarla qolf” şousu da var.  

Efirin qalan hissəsində isə Trampa öz çıxışlarını yerləşdirməyi təklif edilib.  

Daha öncə Tramp seçildiyi halda, Putin ilə görüşməyə hazır olduğunu bildirib.