» » İki körpəsini itirən ata danışdı - VİDEO

İki körpəsini itirən ata danışdı - VİDEO

İki körpəsini itirən ata danışdı - VİDEO

"Beşə işləmiş mənə zəng vurdular ki, uşaqlar ölüb."
Salyan doğum evində üçəm körpələrindən ikisini itirən ata Toğrul Fərəcov uşaqlarının işığın kəsilməsi nəticəsində oksigensiz qalaraq ölməsini inkar edənləri yalan məlumat verməkdə günahlandırıb.

Ucarliyiq.biz-ın "anspress"-ə istinadən məlumatına görə, Toğrul Fərəcov bildirib ki, onun uşaqları gecə saat 4-ə qədər sağ olublar.

"Yalan sözdür! Saat 04:00 qədər mən xəstəxanada olmuşam. Sonra evə getmişəm. 5-ə işləmiş mənə zəng vurdular ki, uşaqlar ölüb. Körpələr 4 saat işıqsız qalıblar", - deyə üçəmlərin atası bildirib.
İki qardaşı ölən körpə atası və Salyan rayon xəstəxanasının tibb bacısı ilə Bakıya gətirilib. K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev sağ qalan körpənin vəziyyətinin ağır olduğunu bildirib.

"Uşağı ilkin olaraq ekstremal az kütləli, hədsiz ağır vəziyyət, morfofunksional yetişməzlik diaqnozu ilə reanimasiyaya yerləşdirmişik. Uşağın çəkisi normadan 3 dəfə aşağıdır. Onun çəkisinin 1 kiloqram olduğu deyilir. Körpələr vaxtından əvvəl doğulub. Hamiləlik müddətindən 10 həftə çatışmır", - deyə həkim Nəsib Quliyev söyləyib.