» » “Joxovurd”: Ohanyan Azərbaycan amilinə görə vəzifəsindən kənarlaşdırılmır

“Joxovurd”: Ohanyan Azərbaycan amilinə görə vəzifəsindən kənarlaşdırılmır

“Joxovurd”: Ohanyan Azərbaycan amilinə görə vəzifəsindən kənarlaşdırılmır

“Amma nazir özünü “təmizə” çıxarmalıdır”.

Ermənistanın silahlı qüvvələrində generalların işdən çıxarılmasından və səs-küylü korrupsiya ifşalarından sonra Müdafiə Nazirliyinin dəhlizlərində gəzən söhbətlərə görə, prezident Serj Sarkisyan və müdafiə naziri Seyran Ohanyan arasında söhbət olub.  

ucarliyiq.biz xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazır. 

“Əsasən, Sarkisyan nazir Ohanyana təxminən bunları deyib: Azərbaycan amilini nəzərə alaraq onu hələ vəzifədən uzaqlaşdırmaq olmaz, amma nazir özünü “təmizə” çıxarmalıdır. Yəni, Seyran Ohanyanın vəzifədən uzaqlaşdırılmasının düşmənin əlində təxribat vasitəsinə çevrilməməsi üçün müdafiə naziri olaraq qalır”.

Bizim məlumata görə, Ohanyan dar çevrədə gələcəkdən danışarkən qeyd edib ki, özü vəzifədən getməsinə dair ərizə yazmaq fikrində deyil. Əgər pis işləyirsə, qoy onu vəzifədən prezident kənarlaşdırsın”, - “Joxovurd”ın məlumatında bildirilib.