» » İranda ağır yol qəzası baş verib - Ölən var

İranda ağır yol qəzası baş verib - Ölən var

İranda ağır yol qəzası baş verib - Ölən var

Avtobus sürcüsü idarəetməni itirib.

İranın cənub hissəsində avtobusun qəzaya uğraması nəticəsində ən azı 13 nəfər ölüb və 22 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb. 

İyunun 22-nə keçən gecə Sircan-Neyriz yolu ilə hərəkət edən avtobus dərəyə aşıb. İlkin məlumata görə, avtobus sürücüsü idarəetməni itirib, qəzaya məhz bu səbəb olub. 

Xəsarət alanlar xəstəxanaya çatdırılıblar, onlardan bəzilərinin vəziyyəti ağırdır.

Polis ölənlərin sayının arta biləcəyini istisna etməyib.