» » Sarkisyan Qarabağa səfərə hazırlaşır

Sarkisyan Qarabağa səfərə hazırlaşır

Sarkisyan Qarabağa səfərə hazırlaşır

Ermənistan prezidenti separatçı “DQR” rəhbərliyi ilə görüş keçirəcək.

Ermənistan prezidenti Serj Sarkisyan iyunun 22-də Dağlıq Qarabağa səfər etməyi planlaşdırır. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə diplomatik mənbəyə istinadən “İnterfaks” məlumat yayıb.  

O həmçinin qeyd edib ki, Sarkisyan separatçı “DQR” rəhbərliyi ilə görüş keçirəcək və bir neçə rayonda olacaq.

Xatırladaq ki, iyunun 20-da Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Sankt-Peterburqda görüş keçiriblər. Görüşün yekunlarına görə, müştərək üçtərəfli bəyanat verilib.