» » Rusiyalı polkovnik Azərbaycandakı biznesinə görə işdən çıxarıldı – FOTO

Rusiyalı polkovnik Azərbaycandakı biznesinə görə işdən çıxarıldı – FOTO

Rusiyalı polkovnik Azərbaycandakı biznesinə görə işdən çıxarıldı – FOTO

Zabiti qeyri-ənənəvi seksual əlaqədə ittiham edirlər.

Rusiya KİV-də Dağıstan DİN-in Təhlükəsizlik xidməti idarəsinin (TXİ) 2-ci şöbəsinin sabiq rəisi, bu ilin fevralında işdən azad edilən Zamir Əmirəhmədov haqqında qalmaqallı məlumat dərc edilib.  

Zamir Əmirəhmədovun işdən çıxarılmasına və fəaliyyətinin əlavə yoxlamasına səbəb onun Azərbaycana səfərləri olub. Belə ki, DİN-in rəisi Əmirəhmədov yüksək vəzifəli məmurların şəxsi işlərinə çıxışı olub. Bu dosyelərdə olan məlumatlar dövlət sirridir.   

Zamir Mirəhmədov etnik azərbaycanlıdır və təqaüdə çıxdıqdan sonra daimi yaşayış üçün Azərbaycana köçmək istəyirdi. Bakı yaxınlığında kurort rayonunda elit kotec tikdirirdi. Yəqin ki, yalnız məvacibə belə bir kotecin tikdirilməsi mümkün olmadığını izah etmək lazım deyil.

Bundan başqa, rəsmi evli olan TXİ zabitinin qeyri-ənənəvi seksual orientasiyası və “zemfira” ləqəbinin olması üzə çıxarılmışdır. Onun orientasiyası haqqında Mahaçqala TXİ-nin müstəntiqi Bilal Aşikilovun həyat yoldaşının verdiyi bəyanatdan məlum olub. 

Qadın ərini və Əmirəhmədovu yataqda tutub. Bəyanat Dağıstan Respublikasının DİN TXİ rəisi Məhəmməd Xizriyevin adına yazılıb. M.Xizriyev dözümlülük nümayiş etdirərək qiymətli əməkdaşı işdə saxlayıb. 

Rusiyalı polkovnik Azərbaycandakı biznesinə görə işdən çıxarıldı – FOTO