» » Rusiya Bankı erməni müştərilərinə etibar etmir

Rusiya Bankı erməni müştərilərinə etibar etmir

Rusiya Bankı erməni müştərilərinə etibar etmir

“Onların əsl məqsədləri vergilərin ödənməsindən yayınmaqdır”.

Rusiya Bankı kredit təşkilatlarına, əmtəə malları üçün Rusiyaya Ermənistan və Qırğızıstandan daxil olan hesablaşmalar zamanı ayrı-ayrı əməliyyatlara diqqətin artırılmasına dair məktub göndərib.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə “Vestnik Banka Rossiya”nın (Rusiya Banklarının xəbərləri) növbəti buraxılışında deyilir. 

Məktub Ermənistan və Qırğızıstanın Avrasiya İqtisadi İttifaqı haqqında müqaviləyə qoşulmaları ilə əlaqədardır.  

Rusiya Bankı kredit təşkilatlarının diqqətini Gömrük İttifaqı malları üçün hesablaşma əməliyyatlarını yerinə yetirərkən bəzi müştərilərin vicdanlı davranmayacaqlarına yönəldir.  

Onların əsl məqsədləri vergilərin ödənməsindən yayınmaq, boz idxal üçün ödəmələr etmək, cinayət yolu ilə əldə edilən gəlirlərin yuyulmasıdır.