» » Qara paltarlı qadın, 1 yaşlı körpə, naməlum meyit... - Azərbaycanda sirli cinayət

Qara paltarlı qadın, 1 yaşlı körpə, naməlum meyit... - Azərbaycanda sirli cinayət

Qara paltarlı qadın, 1 yaşlı körpə, naməlum meyit... - Azərbaycanda sirli cinayət

İyunun 19-da Qazax rayonunun Xanlıqlar kəndində "Bayram bulağı" adlanan ərazidə kolluqdan tapılan qadın meyitinin kimə məxsus olması hələ də müəyyənləşməyib. Ucarliyiq.biz -ın lent.az-a istinadən verdiyi məlumata görə, Ağstafa çayının yaxınlığında aşkarlanan qadın meyitinin tanınması istiqamətində zəruri istintaq hərəkətləri həyata keçirilir. Şahid ifadələri əsasında müəyyən edilib ki, 25-30 yaşlı həmin qadını sonuncu dəfə iyunun 18-də Qazaxın Xanlıqlar və Cəfərli kəndləri arasındakı yolda görüblər. Həmin vaxt qadının yanında 1 yaşlı oğlan uşağı da olub.

Həmin qadının əynində açıq göy rəngli cins şalvar, qara rəngli qolsuz köynək və qara rəngli dabansız yay ayaqqabısı (çust) olub.

Şəkildə görünən bu qadını tanıyanlardan xahiş edilir ki, bu barədə dərhal hüquq-mühafizə orqanlarına məlumat versinlər.

Qeyd edək ki, ilkin araşdırma zamanı meyiti tapılan həmin qadının qətlə yetirildiyi üzə çıxıb, araşdırmalar davam etdirilir.