» » Avropa Azərbaycanın ayağına düşdü FOTO

Avropa Azərbaycanın ayağına düşdü FOTO

Avropa Azərbaycanın ayağına düşdü FOTO

Avropa Parlamenti Azərbaycanın “Avronest” ilə əməkdaşlığın dayandırılması proseduruna başlanması barədə Milli Məclisin qərarı ilə bağlı bəyanat verib.
Ucarliyiq.biz xəbər verir ki, bununla əlaqədar “Avronest”in həmsədrləri Heydi Hautala (Finlandiya) və Viktor Dolidze (Gürcüstan) çıxış edib, bunun təəssüf doğurduğunu bildiriblər.
Onların fikrincə, Milli Məclis “Avronest” PA Bürosunu rəsmən xəbərdar edərsə, “Avronest” PA ilə normal münasibətləri saxlamaq üçün tədbirlər təklif ediləcək. İstənilən halda “Avronest” Şərq tərəfdaşlığının parlament qanadı olaraq qalır, Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin siyasi və iqtisadi inteqrasiyasına xidmət etməyə davam edəcək.
Avropa Azərbaycanın ayağına düşdü FOTO

Viktor Dolidze və Heydi Hautala - “Avronest”in həmsədrləri
Bəyanatda deyilir ki, “Avronest” PA-da iştirak üçün hər kəsə könüllü və suveren seçim verilir. Bu mənada biz Milli Məclisin qərarını qəbul edirik və hörmətlə yanaşırıq. Eyni zamanda Milli Məclisin region üçün bəlli əhəmiyyətə malik parlament iclaslarında özünü səs hüququndan məhrum etməsinə təəssüflənirik. “Avronest” PA qanununa görə, bu qurumdan çıxmaq xəbərdarlıq etdikdən bir il sonra qüvvəyə minir. Bu müddətdə biz Milli Məclislə məsələləri müzakirə etməyə hazır olduğumuzu bildiririk.
Ümumiyyətlə, “Avronest”PA Avropa İttifaqının Şərq tərəfdaşlığı təşəbbüsünün parlament komponentidir. Assambelyanın tərkibində Avropa Parlametindən 60 və təşəbbüs iştirakçısı olan dövlətlərin – Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova və Ukraynanın hər birindən 10 deputat iştirak edir.
Avropa Azərbaycanın ayağına düşdü FOTO

Avropa Parlamenti
Milli Məclisin bu il sentyabrın 14-də növbədənkənar iclasında Avropa Parlamentinin Azərbaycan haqqında qətnaməsinə cavab məqsədilə keçirilən müzakirələrin yekununda parlament sədrinin müavini Valeh Ələsgərov yekun qərarı oxuyub. Sənəddə Avropa Parlamentindən Azərbaycana qarşı qərəzli münasibətə son qoymaq tələb olunub.
Milli Məclis Avronest üzvlüyündən imtina etmək məqsədilə prosedur işlərə başlanılması barədə qərar verilib. Bu müddətdə isə qurumun iclaslarına qatılmamaq qərarı da əksini tapıb. Azərbaycan rəsmilərinə qarşı sanksiya tətbiq olunacağı halda Avropa Parlamenti üzvlərinin və rəsmilərinin Azərbaycana giriş-çıxışı ilə bağlı məsələnin də müzakirəyə çıxarılacağı barədə xəbərdarlıq edilib.
Avropa Azərbaycanın ayağına düşdü FOTO

Milli Məclisin binası