» » Salman Xan: “Özümü təcavüzə uğramış qadın kimi hiss edirdim”

Salman Xan: “Özümü təcavüzə uğramış qadın kimi hiss edirdim”

Salman Xan: “Özümü təcavüzə uğramış qadın kimi hiss edirdim”
Salman Xan: “Özümü təcavüzə uğramış qadın kimi hiss edirdim”

“Filmi çəkərkən 6 saat ərzində çox şey qaldırır və itələyirdim. Mənim üçün çətin idi, çünki 120kq-lıq adamı 10 dəfə 10 fərqli formada qaldırmağım lazım idi.Çəkilişlər bitib rinqdən çıxarkən özümü təcavüzə uğramış qadın kimi hiss edirdim. Düz gedə bilmirdim”.

Ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri “Sultan” adlı filmdə güləşçi obrazını canlandıran hind aktyoru Salman Xan deyib.

Salman Xanın bu şərhi sosial mediada böyük səs-küy doğurub. Tez-tez təcavüzlərin yaşandığı Hindistanda bu fikir böyük qınağa səbəb olub. Sosial şəbəkə istifadəçiləri “İnsensitive Salman” (Hissiz adam) haştaqı ilə öz fikirlərini bölüşüblər. Bu fikirlərin belə səs-küy doğurması Salman Xanın atası Salim Xanı narahat edib və o, öz oğlunun adından üzr istəyib: “Salmanın söylədikləri səhvdir, amma pis niyyətlə söyləməyib”.