» » İŞİD Suriya qoşunlarını darmadağın etdi

İŞİD Suriya qoşunlarını darmadağın etdi

İŞİD Suriya qoşunlarını darmadağın etdi

Hökümət qüvvələri geri çəkiliblər.

İŞİD terror qruplaşmasının döyüşçüləri Rakka vilayəti yaxınlığında Suriya hökümət qüvvələrini darmadağın ediblər, ucarliyiq.biz Reuters-ə istinadən bildirir.

Nəşrin məlumatına görə, Bəşər Əsədə sadiq qüvvələr iki həftə əvvəl ələ keçirdikləri əraziləri itiriblər. 

“Əl-Cəzirə” telekanalı Suriya insan hüquqları rəsədxanasına istinadən xəbər verir ki, hökumət qoşunları Əs-Saura şəhərindən 40 kilometr geri çəkiliblər. Qeyd olunur ki, döyüşlərdə 21 terrorçu məhv edilib. Suriya ordusu 39 əsgərini və 1 zabitini itirib.

İŞİD-in nəzarətində olan “Amaq” agentliyinin məlumatına əsasən, döyüşlərdə həlledici rolu terrorçu-kamekadzelər oynayıblar.