» » Məkkədə yanğın

Məkkədə yanğın

Məkkədə yanğın

Hadisə yerinə altı xilasetmə komandası çağırılıb.

Səudiyyə Ərəbistanı Mülki müdafiə xidmətinin əməkdaşları Məkkədə yanğının baş verdiyi mehmanxanadan 1028 asiyalı zəvvarı təxliyə ediblər.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Əl-Əxbəriyyə” telekanalına həcc ziyarəti zamanı təhlükəsizliyə görə cavabdehlik daşıyan Mülki müdafiə qüvvələrinin rəsmisi Abdulla əl-Harisi bildirib.

Onun sözlərinə görə, Məkkədə zəvvarların qaldığı mehmanxanalardan birində yanğın barədə siqnal cümə axşamı səhər daxil olub.

“Yanğın yerinə altı xilasetmə komandası göndərilib. Onlar tez bir vaxtda mehmanxanada qalan bütün zəvvarları sürətlə təxliyə ediblər”, - deyə, əl-Harisi bildirib.